Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə qeysəriyyə əməliyyatından sonra ölən qadınla bağlı rəsmi açıqlama    

1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə olan şəxs 27.03.2024-cü il tarixində saat 16:58-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzin Ginekologiya şöbəsinə huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı və sifilis diaqnozları ilə yerləşdirilib.

TƏBİB-dən Modern.az-a bildirilib ki, pasiyent qeysəriyyə əməliyyatı olunub və cinsi qız, boyu 41 sm, çəkisi 1 kq 300 qram olan uşaq dünyaya gətirib.

Daha sonra zahı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 01.04.2024-cü il saat 08:30-da kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.

Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq.

Qeyd edək ki, azyaşlının müalicəsi isə Perinatal Mərkəzin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir.

***

Gəncə şəhərində qeysəriyyə əməliyyatı olunan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı keçirib.

Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ən çox oxunanalar